Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu kollektivi “Milli Mətbuat və Jurnalistika günü” münasibəti ilə Asan Radio və İctimai TV-nin inzibati binalarına ekskursiya təşkil etdi

20 iyul 2018 | 11:00

22 iyul–Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə Asan Radio və İctimai TV-nin inzibati binalarına ekskursiya təşkil edilərək onların kollektivləri təbrik edilmişdir.
Ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon Gənclər və İdman idarəsinin rəisi Elvin Aslanov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, YAP Binəqədi Rayon Təşkilatının fəal gəncləri iştirak edib.
Gənclərin böyük marağna səbəb olan görüşlər zamanı Asan Radionun direktoru Emin Musəvi və İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru Balakişi Qasımovun iştirakı ilə çay süfrəsi ətrafında səmimi söhbət olmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva hər iki qurumun kollektivini 22 iyul–Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə təbrik edib, respublikamızda və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, onların geniş analitik təhlil edilməsində, Azərbaycanda gedən demokratik dəyişikliklərin beynəlxalq aləmdə şərh edilməsində obyektivlik, prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi arzulayıb.
Hər iki mətbuat orqanında kollektivin və gənclərin iştirakı ilə rəmzi tort kəsilib.

 

Keçidlər