Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Milli mətbuat və Jurnalistika günü münasibətilə ərazidə yaşayan media təmsilçiləri ilə görüş keçirildi

21 iyul 2018 | 11:00

22 iyul Milli mətbuat və Jurnalistika günü münasibətilə Biləcəri bələdiyyəsində qəsəbə ərazisində yaşayan media təmsilçiləri ilə görüş keçirmişdir. Keçirilən görüşdə bələdiyyə sədri Hikmət Quliyev milli-mənəvi dəyərlərin möhkəmlənməsi, söz və mətbuat azadlığının təmin olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında mühüm işlər görüldüyünü, ardıcıl bütün istiqamətlərdə islahatların aparıldığını xüsusilə vurğulayaraq ölkəmizdə media nümayəndələrinə göstərilən diqqətdən danışdı. Daha sonra qəsəbə ərazisində aparılan quruculuq işlərindən,bələdiyyənin hazırki vəziyyəti və bu sahənin inkişafı istiqamətində görüləcək işlərlə bağlı iştirakçılara məlumat verdikdən sonra əlamətdar gün münasibətilə media nümayəndələrini təbrik edərək onlara yaradıcılıq uğurları arzuladı Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kənan Kərimov, Biləcəri bələdiyyənin əməkdaşları, Bələdiyyələrin fəaliyyətinin təbliği ictimai birliyinin sədri Vüqar Tofiqli, Şairə-publisist, hərbi jurnalist Xatirə Rəhimli, ictimai fəal Xalidə Gözəl və Fakt təhlil araşdırma analitik-informasiya agentliyinin icraçı direktoru Xəyalə Süleyman qızı iştirak etmişlər. Mətbuat işçiləri aparılan işlərə daim dəstək verdiklərini qeyd edərək, məlumatların ölkə, eləcə də dünya ictimaiyyətinə çatdırılmasında KİV-in əhəmiyyətli rolunu qeyd ediblər. Sonda media təmsilçilərinə Biləcəri bələdiyyəsinin “Fəxri Fərman”ları təqdim edilərək və xatirə şəkli çəkilib.

Keçidlər