Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla qəbulu keçirildi

25 iyul 2018 | 11:00

2018-ci il iyul ayının 25-də Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında RİH başçısı Elxan Allahverdiyevin Binəqədi rayon sakinləri ilə qəbulu keçirildi. Qəbulda Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, aparatın şöbə müdirləri iştirak edirdi. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar konkret tapşırıqlar verdi.

Keçidlər