Binəqədi rayonunda müəyyən olunmamış yerlərdə aparılan küçə ticarətinin qarşısının alınması məqsədilə monitorinq keçirildi
19 iyul 2018 | 11:00
19 iyul 2018-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin sədrliyi ilə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq bu gün Biləcəri, Binəqədi qəsəbələrində, 7-ci və 8-ci mikrorayon ərazisində, binaların qarşısında müəyyən olunmamış yerlərdə aparılan küçə ticarətinin qarşısının alınması məqsədilə monitorinq keçirilmişdir. Monitorinq zamanı bütün obyektlərin sahiblərinə küçələrə ərzaq və qeyri-ərzaq məhsullarının yığılmaması və obyektlərin ətrafının təmiz saxlanması haqqında xəbərdarlıq edilmiş, müəyyən olunmamış yerlərdə küçə ticarəti ilə məşğul olan obyektlərin qarşısından ərzaq və qeyri-ərzaq məhsulları yığışdırılmışdır.