Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda gənclər arasında “Boulinq” birinciliyi keçirildi

07 avqust 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi rayonunda 12 Avqust - “Beynəlxalq Gənclər günü”nün qeyd edilməsi haqqında 03 avqust 2018-ci il tarixli 226 №-li Sərəncamının icrası ilə əlaqədar olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə 07 avqust 2018-ci il tarixində “Elite” əyləncə və istirahət mərkəzində gənclər arasında “Boulinq” birinciliyi keçirilmişdir.
Yarışın bağlanış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev çıxış edərək gəncləri təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Sonra qaliblər təşkilatçılar tərəfindən diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. “Boulinq” birinciliyinin nəticəsinə görə Rüfət Qasımzadə I yeri, Orxan Salmanov II yeri, Nicat Cəfərov III yeri tutmuşdur.

Keçidlər