Binəqədi rayonunda 12 Avqust - “Beynəlxalq Gənclər günü” ilə əlaqədar tədbirlər davam edir
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi rayonunda 12 Avqust - “Beynəlxalq Gənclər günü”nün qeyd edilməsi haqqında 03 avqust 2018-ci il tarixli 226 №-li Sərəncamının icrasına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində yaşayan bir qrup gənc ziyarət olunaraq 12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə təbrik edilmişdir. Təşkil edilən ziyarət çərçivəsində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Binəqədi Rayonu Gənclər və İdman İdarəsinin əməkdaşı Ülviyyə Usubova Əkbərli Kamran Rahib oğlunu ziyarət edərək rayonun sosial-mədəni həyatında fəal iştirakına görə təşəkkürnamə ilə təltif etmişlər.