Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu keçirildi

15 avqust 2018 | 11:00

2018-ci il avqust ayının 15-də Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirildi. Qəbulda RİH başçısının birinci müavini İlqar Süleymanov, müavinlər Vüsar İsmayılov və Aygün Əliyeva, aparatın şöbə müdirləri iştirak edirdilər. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verdi.

Keçidlər