Binəqədi rayonunda növbəti kitab sərgi-yarmarkasının açılış mərasimi keçirildi
16 avqust 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, “Hədəf” və “XAN” nəşriyyatının təşkilatçılığı ilə növbəti kitab sərgi-yarmarkasının açılış mərasimi keçirildi.
Sərgi-yarmarka avqust ayının 15-dən etibarən bir ay müddətində Binəqədi rayonu Heydər Əliyev adına İstirahət parkında keçiriləcəkdir. Həftənin bütün günləri təşkil olunacaq sərgi-yarmarka hər gün 11:00-dan 22:00-a qədər davam edəcəkdir. Sərgidə “Xan” və “Hədəf” nəşriyyatına aid 300 adda kitabın satışı və sərgisi nəzərdə tutulur, həmin kitabların 15-20% ucuz qiymətə satılması planlaşdırılmışdır. Sərgidə məktəb və ofis ləvazimatlarının da ucuz qiymətlərə satılması nəzərdə tutulur.
Sərgi müddətində “XAN” Nəşriyyatının yazarlarının oxucularla görüşlərinin və imza mərasimlərinin keçirilməsi də nəzərdə tutulmuşdur.