Müqəddəs Qurban bayramı münasibətilə Binəqədi rayonunda xeyriyyə tədbiri təşkil edildi
24.08.2018-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Bilgəh qəsəbəsində yerləşən 11 saylı internat məktəbində xeyriyyə tədbiri keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva və fəal qadınlar iştirak edib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qeyd etdi ki, “Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman öz xalqının adını uca tutmuşdur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan qadınının ümumiləşdirilmiş siması kimi ölkəmizi dünyada uğurla təmsil edir, böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilmişdir, xüsusilə uşaq və gənclərə qayğı fondun fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.
Çıxış edən Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması üçün mühüm işlər gördüyündən bəhs etdi. Natiq milli-mənəvi dəyərlərin qorunması, dünyada Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması istiqamətində də Mehriban xanımın zəngin fəaliyyət ortaya qoyduğunu bildirdi.
Çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva Ümumilikdə ölkəmizdə Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmayan sahənin olmadığını dedi.Natiq Mheriban xanım Əliyevanın gördüyü bütün işlərin yalnız bir məqsədə - öz xalqının və Vətəninin rifahı naminə xidmət etmək arzusuna dayandığını dedi.
Tədbirin sonunda uşaqlar üçün “Face Art“ və konsert proqramı təşkil edildi, hədiyyələr paylanıldı.