Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri sakinləri ilə səyyar qəbulu keçirildi
30 avqust 2018 | 11:00
2018-ci il avqust ayının 30-da Biləcəri bələdiyyəsinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri sakinləri ilə səyyar qəbulu keçirildi. Qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.