Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda orta ümumtəhsil məktəblərinin məzunları ilə görüş keçirildi

01 sentyabr 2018 | 11:00

01 sentyabr 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində hər il ənənəvi olaraq keçirilən “Binəqədi rayonunda təhsil işçilərinin 2017-2018-ci tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası”na hazırlıq məqsədilə 2018/2019-cu tədris 650-dən yuxarı bal toplayan Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş rayon orta ümumtəhsil məktəblərinin məzunları ilə görüş keçirilmişdir.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rəis müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov və məzunlar iştirak etmişlər.
Toplantını giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva gəncləri salamlayaraq, ölkəmizdə gənclər üçün yaradılmış şəraitdən danışmış, onları təhsildə qazandıqları yüksək nəticə münasibətilə ürəkdən təbrik etmiş, bu uğurun əldə edilməsində böyük zəhməti olan məzunların müəllimləri və valideynlərinə minnətdarlığını bildirmişdir.
Görüş zamanı məzunların “Binəqədi rayonunda təhsil işçilərinin 2017-2018-ci tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası”na hazırlıq məqsədilə keçiriləcək konfransla bağlı fikir və təklifləri dinlənilmiş, onlara rayonda həyata keçirilən layihələrdə yaxından iştirak etmək tövsiyə edilmişdir.
Görüşdən sonra gənclər Binəqədi Gənclər Evinin inzibati binası ilə tanış olmuş, onlara burada gənclər üçün yaradılmış şərait, reallaşdırılan tədbirlər barədə ətraflı məlumat verilmişdir.

Keçidlər