Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev adına istirahət parkında mütəmadi olaraq konsert proqramları və müxtəlif mövzuda maraqlı tədbirlər keçirilir

13 avqust 2013 | 10:00

3 iyul 2013-cü il tarixdə Prezident İlham Əliyevin Binəqədi rayonuna səfəri zamanı açılışını etdiyi Heydər Əliyev adına istirahət parkında mütəmadi olaraq əhalinin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə, konsert proqramları və müxtəlif mövzuda maraqlı tədbirlər keçirilir.
Parkda 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzindən 15 nəfər yeniyetmə və gəncin iştirakı ilə rəsm müsabiqəsi, “Dostlar” qrupunun iştirakı ilə konsert proqramı, “Stand Up Show” adlı əyləncəli proqram və s. tədbirlər keçirilib.
11 avqust 2013-cü il tarixdə Heydər Əliyev adına istirahət parkında 12 avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə estradamızın tanınmış simalarının iştirakı ilə konsert proqramı təşkil olunub.
Möhtəşəm konsert proqramında iki minə yaxın Binəqədi sakini və şəhərimizin qonaqları iştirak edirdi.

Keçidlər