Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dini mərasimlər: “Ənənələr və müasirlik” adlı tədbir keçirildi

03 sentyabr 2018 | 11:00

3 sentyabr tarixdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər məscid-kompleksində Dini mərasimlər: “Ənənələr və müasirlik”adlı tədbir keçirilmişdir. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri, Binəqədi RİH başçısı Aparatının müavinləri və  şöbə müdirləri, Hüquq-mühazifə orqanların rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayon ərazisində fəaliyyət göstərən dini qurumların, ictimai birliklərin, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, YAP Binəqədi rayon təşkilatının və rayon gəncləri iştirak etmişdir.
Tədbir iştirakçılarını açılış nitqi ilə salamlayan Binəqədi RİH başçısı Elxan Allahverdiyev qonaqları salamladı və tədbirin mövzusu barədə çıxış etdi. O bildirdi ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ulu Öndərimizin alternativsiz siyasi xəttini uğurla davam etdirməsi nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, respublikamız dünyada dinlərarası dialoqun mərkəzinə çevrilir. Çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı qeyd etdi ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra  Ümummilli lider Heydər Əliyevin аrdıcıl siyasəti nəticəsində Respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit еdilmişdir. Ölkəmizdə tarixən mövcud olmuş tolerantlıq mühiti möhkəmləndirilmiş, eləcə də, dini-tarixi abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Daha sonra Binəqədi RİH başçısının müavini Aygün Əliyeva çıxış edərək Binəqədi rayonunda dini sahədə görülmüş işlər barəsində tədbir iştirakçılarına məlumat verdi. O qeyd etdi ki, dini sahə elə bir sahədir ki, bu sahədə daim iş aparılmalı və diqqətdə saxlanılmalıdır. Bu səbəbdən RİH-nin məsul əməkdaşının rayon ərazisində fəaliyyət göstərən dini qurumlara mütəmadi olaraq monitorinqləri təşkil olunur və monitorinq zamanı din xadimləri ilə söhbətlər aparılır. Ardınca çıxış edən millət vəkili Madər Musayev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Şabala Əliməmmədov və İrfan dini icmasının sədri Fuad Ələkbərov dövlətin dinə və din xadimlərinə olan qayğısından və dini sabitliyin saxlanılmasında din xadimlərinin rolu barədə çıxış etdilər. Qeyd edildi ki, milli-mənəvi dəyərləri qorumaq və təbliğ etmək din xadimləri ilə yanaşı, hər bir ölkə vətəndaşının, o cümlədən Azərbaycan ziyalısının vəzifəsidir. Bu gün kimlərinsə dini məsələləri siyasiləşdirərək öz inhisarlarında saxlamaq, xarici ölkələrin dövlət-din münasibətləri modelini Azərbaycanda tətbiq etmək cəhdləri yolverilməzdir. Bu məsələlər hamımızı narahat etməli, hər bir Azərbaycan vətəndaşı sosial mənşəyindən asılı olmayaraq bu məsələlərdə fəal və müdrik vətəndaş mövqeyini ortaya qoymalıdır.
Çıxışlar bitdikdən sonra Binəqədi RİH başçısı Elxan Allahverdiyev yekun sözlə çıxış etdi və tədbir yekunlaşdırdı.

Keçidlər