Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Səyyar Məşğulluq Xidmətləri” adı altında tədbir keçirildi

31 avqust 2018 | 11:00

31.08.2018-ci il tarixdə Binəqədi rayonu 7-ci mikrorayon A.Kunanbayev 7A ünvanında Binəqədi rayon məşğulluq mərkəzi və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Səyyar  Məşğulluq  Xidmətləri”  adı  altında  tədbir keçirilmişdir.
Tədbir əmək birjasına məxsus nəqliyyat vasitəsindən istifadə etməklə səyyar şəkildə Mərkəzin xidmətləri o cümlədən özünəməşğulluq , peşə kursları və mövcud vakansiyalar barədə əhalini məlumatlandırmaq məqsədi ilə keçirilmişdir.
Bir neçə saat davam edən tədbirdə müraciət edən işaxtaran vətəndaşlardan 21 nəfərə işləmək istədikləri və əmək qabiliyyətlərinə uyğun vakant iş yerlərinə yerindəcə göndərişlər verilib.
Sosial cəhətdən həssas qruplardan olan ayrı-ayrı şəxslərlə fərdi qaydada söhbətlər aparılıb. Onlardan hazırda işləməyən və kiçik ailə biznesini yaratmaq üçün potensialları olan 10 nəfər müəyyən edilib və gələcəkdə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata götürülüblər. 12 nəfər şəxsin isə heç bir ixtisası və peşəsi olmadığı, bu səbəbdən işə düzəlməkdə çətinlik çəkdiyi, yenə peşələrə yiyələnmək istəkləri nəzərə alınmaqla, onlar üçün peşə hazırlığı kurslarının təşkil edilməsi qərara alınıb. Məşğulluq xidmətlərinin əhaliyə daha yaxın və əlçatan olmasına yönələn belə tədbirlərin qarşıdakı dövrdə də mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər