Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “İctimai fikrin formalaşmasında İctimai Birliklərin rolu” mövzusunda İctimai Birliklərin (İB) rəhbərləri ilə görüş keçirildi

04 sentyabr 2018 | 11:00

4 sentyabr tarixdə Binəqədi rayonunda fəaliyyət göstərən İctimai Birliklərin iştirakı ilə “İctimai fikrin formalaşmasında İctimai Birliklərin rolu” adlı tədbir keçirilmişdir.  Tədbirin keçirilməsində məqsəd İctimai birlik rəhbərlərinin cəmiyyətin fərdi üzvləri ilə əlaqələrinin güclənməsi, Dövlət siyasətinin mahiyyətinin əhaliyə çatdırılması, Binəqədi RİH tərəfindən keçirilən tədbirlərdə təşkilatların üzvlərin iştirakının təmin olunması olmuşdur. Tədbirdə Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən, müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, rayon ərazisində fəaliyyət göstərən İctimai Birliklərin rəhbərləri iştirak etmişdirlər.
Tədbiri Binəqədi RİH başçısının müavini Aygün Əliyeva açıq elan edərək nitq söylədi və görüşün mövzusunu iştirakçıların diqqətinə çatdırdı.  O bildirdi ki, cəmiyyətin həm sosial, həm də mənəvi ehtiyaclarının ödənməsində və xüsusilə, maarifçilik işlərində Vətəndaş Cəmiyyəti İnstitutlarının, o cümlədən, Qeyri Hökumət Təşkilatlarının (QHT) rolu böyükdür. Ölkəmizdə mövcud hüquqi baza QHT-lərin müxtəlif sahələrdə fəaliyyəti üçün həm geniş şərait yaradır, həm də dəstək göstərir. Binəqədi RİH də ictimai birliklərlə sıx əlaqəli şəkildə işini qurmuşdur. Belə ki, istər keçirilən humanitar aksiyalarda, istərsə də, tədbirlərin təşkilində ictimai birliklərin üzvləri dəvət olunur və birgə tədbirlər həyata keçirilir. Daha sonra söz İctimai Birliklərin rəhbərlərinə verildi. Çıxışçılar Dövlətin Vətəndaş Cəmiyyəti İnstitutlarına göstərdiyi diqqət və qayğıdan razı olduqlarını bildirdilər. Qeyd edildi ki, cəmiyyəti təşkil edən ailələr və fərdlər ilə iş nə qədər çətin olsa da, bir o qədər vacibdir və bu işdə onlar Dövlətin dəstəyini həmişə hiss ediblər.
Çıxışlar bitdikdən sonra tədbir gündəlikdəki məsələlər ətrafında müzakirələrlə davam etdirildi. Sonda BRİH başçısının müavini Aygün Əliyeva yekun sözlə çıxış edirək ictimai birliklərin fəaliyyətinin daha da aktivləşdirilməsi istiqamətində tövsiyələrini verdi və tədbiri yekunlaşdırdı.

Keçidlər