Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan mini futbol üzrə Bakı şəhər açıq turnirinin final oyunları və təntənəli bağlanış mərasimi keçirildi.

08 sentyabr 2018 | 11:00

8 sentyabr 2018-ci il tarixində Bakı Tennis Akademiyasında Gənclər və İdman Nazirliyinin Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan mini futbol üzrə Bakı şəhər açıq turnirinin final oyunları və təntənəli bağlanış mərasimi keçirilib.
      Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Regional Futbol Federasiyasının prezidenti, veteran futbolçu İsgəndər Cavadov  iştirak ediblər.  
Agentlik və tabeliyində olan qurumlar arasında təşkil olunan yarışın keçirilməsində məqsəd futbolun təbliğatı, ölkədə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, o cümlədən, qurumlar arasında qarşılıqlı əlaqələrin yaradılması və asudə vaxtın səmərəli təşkilidir.
Mini futbol üzrə Bakı şəhər açıq turnirinin finalında “ASAN Kommunal” və “Qəbələ ASAN” komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda “Qəbələ ASAN” komandası qalib gələrək 1-ci yerin sahibi olub. “ASAN Kommunal” 2-ci, "Quba ASAN" komandası isə 3-cü yeri tutub.
Qaliblər, həmçinin "Ən yaxşı oyunçu", "Ən məhsuldar oyunçu", "Ən yaxşı qapıçı" nominasiyaları üzrə fərqlənən oyunçular müvafiq dərəcəli diplomlar, medallar və kubokla təltif olunmuşlar.

Keçidlər