Binəqədi rayonunda “Beynəlxalq Sülh günü” ərəfəsində tədbir keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 №-li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 7 sentyabr 2018-ci il tarixində 6 №-li Uşaq-Gənclərin İnkişaf Mərkəzində “Beynəlxalq Sülh günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, 6 №-li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin direktoru Ziyad Nəbiyev, mərkəzin müəllimləri, istedadlı uşaq və gənclər, onların valideynləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rəis müavini Sevinc Süleymanova “Beynəlxalq Sülh günü”nün mahiyyəti barədə ətraflı məlumat vermişdir. Natiq əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə rayonda mütəmadi olaraq maarifləndirmə tədbirlərinin keçirildiyini nəzərə çatdırmışdır.Sonra mərkəzin istedadlı şagirdlərinin mövzu ilə bağlı əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Tədbir bədii proqramla davam etdirilmişdir.