Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi

15 sentyabr 2018 | 11:00

15 sentyabr 2018-ci il tarixdə Binəqədi rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi.
283 saylı tam orta məktəbdə də keçirilən bayram tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsləhətçisi Elnur Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, 283 saylı məktəbin direktoru Tünzalə Zeynalova, məktəbin müəllim və şagird heyəti iştirak etdilər.
Öncə 283 saylı məktəbin direktoru Tünzalə Zeynalova şagirdləri, müəllimləri və qonaqları salamladı.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Bilik günü”  münasibəti ilə iştirakçıları təbrik etdi, bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzuladı. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva təhsilin inkişafı istiqamətində görülən işlərin müsbət nəticələrindən danışdı. Natiq təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazalarının daha da möhkəmləndirildiyini xatırladaraq təhsildə qazanılan uğurları, qarşıda duran vəzifələri diqqətə çatdırdı. Eyni zamanda Aygün Əliyeva sentyabrın 15–də Bakının bolşevik hərbi birləşmələrindən və yadelli işğalçılardan azad edilməsinin 100–cü ildönümündən də söz açaraq, bu əlamətdar günün 15 sentyabra təsadüf etməsini ikiqat bayram adlandırdı.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov dövlətin təhsilə göstərdiyi diqqət və qayğıdan danışaraq şagird və müəllim heyətinə xoş arzularını bildirdi. 
Tədbir şagirdlərin ifasında mahnılar, rəqs nümunələri və “Vətən” kompozisiyalarının təqdimatı ilə davam etdi.           
İlk zəng çalındıqdan sonra qonaqlar sinif otaqlarında olaraq birincilərlə səmimi söhbətlər etdilər.

 

Keçidlər