Şriftin ölçüsü :

Saytın rəngi :

Bnəqədi rayonunda “Şəhidlər unudulmur” adlı tədbir keçirildi

19 sentyabr 2018 | 11:00

Vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür. Gənclərin buna yiyələnmələri, bütövlükdə, dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna əhəmiyyətə malik olmuşdur. Rayon İcra Hakimiyyətinin iş planında nəzərdə tutulduğu kimi gənclər üçün vətənpərvərlik mövzusunda müxtəlif tədbirlər təşkil edilir.
Ölkənin hər yerində olduğu kimi Binəqədi rayonunda da Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlyü uğrunda şəhid olmuş hərbçilərimiz yad edilir, məzarları ziyarət olunur.
19.09.2018-ci il tarixdə keçirilmiş “Şəhidlər unudulmur” adlı tədbir də iş planının tərkib hissəsidir. Belə ki, Biləcəri qəsəbəsində yerləşən Milli Qəhrəmnanlar abidəliləri və aprel döyüşlərində şəhid olan Emin Bağırov və Fəxrədin Qurbanlının ruhlarına ehtiram olaraq, məzarlarına ziyarət təşkil olunmuşdur.
Ziyarətdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsləhətçisi Elnur Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatının gənclər birliyinin sədri Fəsli Nəbiyev və təşkilatın fəal gəncləri eləcə də şəhidlərin valideynləri iştirak etmişdir.

Keçidlər