Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda hər şənbə günü iməcilik keçirilir

19 avqust 2013 | 10:00

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən hər həftənin şənbə günləri rayon ərazisində ümumrayon iməcilikləri keçirilir.
Təsdiq olunmuş qrafikə uyğun olaraq, bu gün Biləcəri qəsəbəsində iməcilik keçirilib. İməcilikdə rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi, qəsəbə bələdiyyəsi, qəsəbədə fəaliyyət göstərən ayrı-ayrı müəssisə, idarə və təşkilatlar fəal iştirak edib.  Qəsəbənin Rəşid İsmayılov, Qabil Süleymanov, Asəf Zeynallı, Teymur Yaqubov və Natavan küçələrində ümumilikdə 10 ünvanda  təmizlik və abadlıq  işləri həyata keçirilib, iməcilik işlərinə 150-dən çox işçi qüvvəsi, müxtəlif təyinatlı 20 texnika, maşın və avadanlıq cəlb olunub.
Qeyd olunan ünvanlarda təmizlik işləri çərçivəsində məişət və digər tullantılar toplanaraq daşınmış, sakinlər üçün təhlükə yaradan qurumuş ağaclar kəsilmiş, budama işləri aparılıb, eyni zamanda sakinlərin müraciətinə əsasən onların rahatlığına maneə törədən ərazidəki köhnə, ümumi görünüşə xələl gətirən yararsız müxtəlif  tikililər sökülüb.
Rəşid İsmayılov küçəsi 1, 2, 3, 4, 5 və 10-cu binaların əhatəsində yerləşən ərazidə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən “Abad həyət” layihəsi çərçivəsində nümunəvi məhəllənin yaradılması nəzərdə tutulub.
Rayonda iməcilik işləri davam etdirilir.

Keçidlər