Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda "Milli Musiqi Günü"nə həsr olunmuş tədbir keçirildi

22 sentyabr 2018 | 11:00

22 sentyabr tarixdə Binəqədi rayonu M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbində Azərbaycan Prezidenti yanında "Bilik Fondu" və M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə "Milli Musiqi Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı. İlk öncə Azərbaycan Prezidenti yanında "Bilik Fondu"nun məsləhətçisi Sevinc Babayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova və M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin direktoru Gülşən Quliyeva çıxış edərək "Milli Musiqi Günü"nün ölkəmizdə çox əlamətdar gün olduğunu bir daha təsdiqlədilər. Sonra Bakı Musiqi Akademiyasının elmi işçisi, doktorant Fidan Nəsirova çıxış edərək "Milli Musiqi Günü"nün tarixi və dahi bəstəkarımız Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına məruzə etdi.
Daha sonra M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin istedadlı şagirdləri və "Fantaziya" skripkaçılar ansamblı Ü.Hacıbəylinin, M.Maqomayevin, Q.Qarayevin,F.Əmirovun, N.Əliverdibəyovun, Z.Bağırovun, T.Quliyevin və V.Adıgözəlovun əsərlərini yüksək zövq ilə səsləndirdilər.

Keçidlər