Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin idman zallarının monitorinqinin aparılması nəzərdə tutulub

24 sentyabr 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin və “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin birgə təşkilatçılığı ilə 24-28 sentyabr 2018-ci il tarixində bədən tərbiyəsi və idmanın kütləviliyini təmin etmək, təhsil müəssisələrində şagirdlərin bədən tərbiyəsi dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsi və təhlükəsizlik qaydalarına əməl edilməsi məqsədilə rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin idman zallarının monitorinqinin aparılması nəzərdə tutulmuşdur.
Bu məqsədlə komissiya üzvləri rayonun 83, 135, 244, 248, 283 № li tam orta məktəblərinin idman zallarına baxış keçirmiş,  idman qurğuların vəziyyəti və təhlükəsizlik qaydalarına düzgün əməl olunmasına dair müəyyən tövsiyyələr vermişlər.
Monitorinq rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə edəcəkdir.

Keçidlər