Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluğu nədir?” adlı təlim keçirildi

06 oktyabr 2018 | 11:00

06 Oktyabr 2018-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluğu nədir?” adlı təlim keçirilmişdir. Təlimdə  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşı Samir Yoldaşov, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Gənclər Birliyinin fəal gəncləri və İcra Hakimiyyətində təcrübə küçən 14-cü qrup ASAN könüllüləri iştirak ediblər. Təlimi açıq elan edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir-müavini Şəmsi Gülverdiyev gəncləri salamlayıb və təlimin əhəmiyyəti haqqında məlumat verib. Daha sonra söz təlimçi Samir Yoldaşova verilib. Təlimdə Dövlət Qulluğu, Dövlət Qulluğu İmtahanının mərhələləri haqqında geniş məlumat verilib. Sonra təlim sual-cavab şəklində davam etmişdir.

Keçidlər