Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə Xocəsən qəsəbə inzibati ərazi dairəsinə daxil olan Çiçək yaşayış massivinə yeni qaz xətti çəkildi

12 oktyabr 2018 | 11:00

2018-ci il oktyabr  ayının 11-də vətəndaşların müraciəti, Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və “Azəriqaz” İstesalat Birliyinin yaxından dəstəyi ilə Xocəsən qəsəbə inzibati ərazi dairəsinə daxil olan Çiçək yaşayış massivində 500-dən artıq fərdi evləri əhatə edən (eni 159 mm, uzunluğu 1050 pm) yeni qaz xətti istifadəyə verilmişdir.Bununla əlaqədar Çiçək yaşayış massivinin sakinləri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndələrinin görüşü keçirilmişdir. Görüşdə Çiçək yaşayış massivinin sakinləri yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar ölkə rəhbərinə öz dərin  minnətdarlıqlarını bildirdilər və qəsəbə ərazisində onları narahat edən bəzi problemlərin də həll edilməsi ilə əlaqədar məsələ qaldırdılar. Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri R.Göyüşov vətəndaşlar tərəfindən qaldırılan məsələlərin RİH başçısının nəzarətində olduğunu bildirdi və bu istiqamətdə aidiyyəti qurumlarla müvafiq iş aparıldığını sakinlərin diqqətinə çatdırdı.

Keçidlər