24 aprel 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi
24 aprel 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Mir Cəlal küçəsi 121 ünvanında su axıntısının qarşısının alınması, Mir Cəlal küçəsi 105 saylı binanın girişlərinin dezinfeksiya olunması, H.Babaşov küçəsi 1,6,9, və 17 ünvanlarında aşma təhlükəsi olan ağacların götürülməsi və ya budanması, Ə.Əlixanov küçəsi 89 ünvanında aşma təhlükəsi olan ağacın götürülməsi və mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, İ.Həşimov küçəsi 205B ünvanında aşma təhlükəsi olan ağacın götürülməsi, Mir Cəlal küçəsi 41 ünvanında yerləşən “ABAD” həyətdə mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, Mir Cəlal küçəsi 49 ünvanında “AzərSu” ASC tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası, Mir Cəlal küçəsi 89 ünvanında məhəccərlərin quraşdırılması, Ü.Hacıbəyov küçəsi 2A və 2/10 saylı binaların zirzəmisindən suyun çəkilməsi və dezinfeksiya olması köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.