Şriftin ölçüsü :

Saytın rəngi :

24 iyun 2024-cü il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirildi

26 iyun 2024 | 13:06

24 iyun 2024-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Binəqədi Rayon Polis İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Narkomaniyaya yox deyək!” mövzusunda  tədbir keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-polis mayoru İsa Həbibzadə, Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi-polis kapitanı Orxan Məmmədli, Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi səlahiyyətləri icra edən-polis leytenantı Ramil Quliyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və gənclər iştirak edirdilər.

Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, törətdiyi faciələr barədə ətraflı məlumat verdi. Yeniyetmə və gənclərin narkomaniyadan və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülən əhəmiyyətili işlərdən danışdı və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.  

Tədbirdə çıxış edənlər-Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi-polis mayoru İsa Həbibzadə gənclərin narkomanlıq və zərərli vərdişlərdən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verərək, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdılar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildirdilər. Həmçinin, bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu xüsusilə vurğuladılar.

Sonda hesabat nitqi ilə çıxış edən Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi səlahiyyətlərini icra edən-polis leytenantı Ramil Quliyev gənclərimizi və uşaqlarımızı narkomanlığın necə bir bəla olduğunu, bu bəladan uzaq durmalarını və ətraflarında olan insanları da “ağ ölüm”dən qorumaq üçün çalışmalarının vacibliyini qeyd etdi.

Tədbir gəncləri maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam etdi.

Keçidlər