Şriftin ölçüsü :

Saytın rəngi :

24 iyun 2024-cü il tarixində Binəqədi rayon ərazisində yerləşən N saylı hərbi hissədə 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirildi

26 iyun 2024 | 13:00

24 iyun 2024-cü il tarixində Binəqədi rayon ərazisində yerləşən N saylı hərbi hissədə 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirildi.

Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.

Çıxış edən qonaqlar hərbi hissənin şəxsi heyətini bu əlamətdar gün münasibətilə təbrik edərək, milli ordunun yaranma tarixi və keçdiyi şərəfli yoldan, ordu quruculuğuna göstərilən dövlət qayğısından, Vətən müharibəsində dünyanı heyrətə salan şanlı Zəfərimizdən söhbət açdılar.

Tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evinin solistlərinin ifasında konsert proqramı ilə davam etdi.

Keçidlər