Şriftin ölçüsü :

Saytın rəngi :

24 oktyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 28 May qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi

27 oktyabr 2023 | 11:01

24 oktyabr 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 28 May qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə  sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Şollar, Hürriyət, Mərkəz və Dostluq küçələrində Abşeron rayon Sukanal idarəsi tərəfindən su xəttlərində yaranan problemin aradan qaldırılması zamanı qazılan asfalt örtüyünün  bərpası və su xəttlərində qəzaların baş verməsinin qarşısının alınması, Sülh küçəsinə piyada zolağının çəkilməsi, Şollar küçəsi I döngədə küçə işıqların quraşdırılması, Yeni yaşayış massivinə (İzlivnoy küçəsi) yeni transformatorun quraşdırılması, Qarabağ və Qələbə küçələri arasında 80 metr məsafədə kanalizasiya xəttinin bərpa edilməsi, 28 May qəsəbə ərazisinə küçə adlarının quraşdırılması, aztəminatlı ailələrdə uşaqlara məktəbli formasının verilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

https://modern.az/aktual/437629/icra-bashchisi-seyyar-qebul-kechirdi-fotolar/

https://azxeber.com/az/icra-bascisi-qebul-kecirdi-fotolar/sosial/

https://qafqazinfo.az/news/detail/elxan-allahverdiyev-sakinlerle-gorusdu-fotolar-416400

 

Keçidlər