Şriftin ölçüsü :

Saytın rəngi :

“Məktəblər arasında respublika çempionatı”nın keçirilməsi qaydaları ilə əlaqədar olaraq 16 oktyabr 2018-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində iclas keçirildi.

16 oktyabr 2018 | 11:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsi qaydaları ilə əlaqədar olaraq 16 oktyabr 2018-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində iclas keçirilmişdir.İclasda Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, "Təhsil" Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktor əvəzi Aydın Gözəlov, rayon orta ümumtəhsil müəssisələrinin direktorları, müavinləri və idman müəllimləri iştirak etmişdir.İclası giriş sözü ilə açan idarə rəisi Elvin Aslanov “Məktəblər arasında respublika çempionatı”nın mahiyyəti barədə məlumat verdi. Qeyd olundu ki, məktəblilər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, sinifdənxaric və məktəbdənkənar fəaliyyət sahəsində ümumtəhsil məktəblərinin fəaliyyətlərini qiymətləndirmək, məktəblilərdən ibarət yığma komandanın heyətini müəyyənləşdirmək və idman növü üzrə qalib məktəblərin idmançılarının aidiyyatı beynəlxalq yarışlarda iştirakını təşkil etmək çempionatın əsas məqsədlərindəndir.İclasın gedişatında iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Sonda şahmat, atletika, voleybol (qızlar) və basketbol (oğlanlar) idman növləri üzrə rayondaxili keçiriləcək yarışların püşkü atıldı.

Keçidlər