Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 2 nömrəli Sahə inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi.

18 oktyabr 2018 | 11:00

2018-ci il oktyabr ayının 18-də 246 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin 2 nömrəli Sahə inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə rayon rəhbəri ilə yanaşı, Azərbaycan Republikası Prezidentinin Administrasiyasının sektor müdiri Tağı Tağıyev, eyni zamanda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Ərazi dairəsinin sakinləri çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

 

Keçidlər