Binəqədi Gənclər Evi Sosial Xidmətlər Müəssisəsində “Azərbaycanın təbii sərvəti və ekoloji tarazlığın qorunması” mövzusunda təlim keçirildi
25 oktyabr tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evi Sosial Xidmətlər Müəssisəsində “Azərbaycanın təbii sərvəti və ekoloji tarazlığın qorunması” mövzusunda təlim keçirilmişdir. Təlimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, AzBF-nun baş məsləhətçisi Nüşabə Hüseynova, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutunun Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri, Əməkdar müəllim Almaz Həsrət, YAP Binəqədi RT-nın Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, rayon gəncləri və fəalları iştirak etmişdirlər. Tədbiri açıq elan edən Ş.Gülverdiyev çıxış edərək qonaqları salamladı və tədbirin mövzusunu iştirakçıların diqqətinə çatdırdı. O bildirdi ki, ekoloji tarazlığın qorunması bugün dünya ekoloji təşkilatlarının, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının həyacan təbili çaldığı həssas nöqtələrdən biridir. Bu sahədə ölkəmizdə görülən işlərdə İDEA ictimai birliyinin xüsusi xidmətləri var və qeyd edilən sahədə işlər davam etdirilir. Daha sonra çıxış edən F.Nəbiyev və N.Hüseynova təlim iştirakçılarını salamlayıb ekoloji mövzusunun daim diqqətdə saxlanılması ilə bağlı fikirlərini bildirdilər.
Çıxışlar bitdikdən sonra təlim başlanıldı. Təlimçi, Azərbaycan Təhsil Nazirliyinin Təhsil İnstitutunun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Əməkdar müəllim Almaz Həsrət təqdimat videosu ilə çıxış etdi.
İnteraktiv şəkildə keçən təlimin sonunda suallar cavablandırıldı və xatirə fotosu çəkdirildi.