Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yaradılmış Məşğulluğa Kömək Göstərən Yerli Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirildi.
30 oktyabr 2018-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yaradılmış Məşğulluğa Kömək Göstərən Yerli Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda Komitənin sədri Vüsar İsmayılov və üzvlər iştirak etmişdir. İclasda faktiki işçi sayı ilə müqavilə bağlanmış işçi sayı arasında kəskin fərqlər olan sahibkarlıq subyektləri ilə maarifləndirici işin aparılması və qarşıda duran vəzifələr barədə ətraflı müzakirə edilmişdir. Növbəti mərhələdə yerlərdə sahibkarlarla görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə komissiyanın üzvləri olan mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri ilə sıx əlaqəli şəkildə işlər qurulacaqdır.