Binəqədi rayonu 138 saylı körpələr evi-uşaq bağçasında “9 noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”nə həsr edilmiş tədbir keçirildi
6 noyabr tarixində Binəqədi rayonu 138 saylı körpələr evi-uşaq bağçasında “9 noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”nə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, baş təlimatçı Kübra Əliyarlı iştirak etdilər.
Tədbiri açıq elan edən 138 saylı körpələr evi-uşaq bağçasının müdiri Seyranə Qasımova qonaqları salamlayaraq, Azərbaycan bayrağının xalqımız üçün önəmindən bəhs etdi. Çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşov bayrağa, vətənə olan sevginin insanlara, xüsusilə uşaqlara aşılanmasının hər kəsin əsas vəzifəsi olduğuna toxundu. Natiq bu müqəddəs vəzifənin layiqincə yerinə yetirilməsində ən böyük örnəyi Ümummilli liderimiz Heydər Əliyevin göstərdiyini vurğuladı. Ramiz Göyüşov dövlət bayrağına sevgi və məhəbbət hissənin aşılanmasında ölkə rəhbəri cənab İlham Əliyevin misilsiz xidmətlərindən söhbət açdı. Bu xidmətlərin əsasında Vətən sevgisi dayandığını qeyd etdi.
Daha sonra 138 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları Azərbaycan tarixi, onun şanlı keçmişini və bu gününü əhatə edən maraqlı kompazisiyalar, o cümlədən, rəqslər, şeir nümunələri nümayiş etdirdilər.