Şriftin ölçüsü :

Saytın rəngi :

Koreya Respublikasına tədqiqat turu baş tutmuşdur

03 noyabr 2018 | 11:00

Abşeron yarmadasında ekoloji vəziyyətin yaxşılaşdırılması, göllərin təmizlənməsi, qurudulması,  bərpası,  eləcədə, yarmadanın  çirklənmiş  ərazilərinin iqtisadi və texniki baxımdan rentabelli ekoloji təmizlənməsi və yenidən qurulması mövzusunda  Dünya Bankı Yaşıl İnkişaf  Trast Fondunun təşkilatçılığı ilə 3-6 aprel 2018-ci il tarixdə  Bakıda   keçirilmiş ilk seminarın davamı olaraq,  29 oktyabr – 3 noyabr 2018-ci il tarixlərdə Koreya Respublikasına tədqiqat turu baş tutmuşdur. 29 oktyabr- 3 noyabr 2018-ci il tarixlərdə gerçəkləşən tədqiqat turunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının köməkçisi İsgəndər Cahangirzadə və Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetəmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Hacıbaba Babayev iştirak etmişdir.Təqiqat turu Koreya Respublikasının yaşıl bərpa və yenidənqurma sahəsində uğurlu təcrübənin öyrənilməsi üçün unikal imkanı təmin edən və milli səviyyədə müvafiq qurumların institusion və texniki potensialın gücləndirilməsinə tövhə vermişdir. Bu tədqiqat turu ekoloji təmizləmə və şəhər yerlərinin yenidən qurulmasının iqtisadi və maliyyə baxımından rentabelliyini nümayiş etdirən fakt və layihələrə əyani tanışlıq imkanı yaratmışıdr. Eyni zanmanda, Koreya Respublikasının paytaxtı Seul şəhərinin yerli icra hakimiyyəti orqanının (meriyanın) bir sıra fəaliyyət istiqamətləri öyrənilmiş, işgüzar görüşlər keçirilmişdir.Keçirilmiş görüşlər, seminarlar və tədqiqat turu  vasitəsi ilə  innovativ praktikaların öyrənilməsi, bu sahədə təcrübə mübadiləsi imkanlarını yaratmaqla, yeni layihələr üzrə təkliflərin hazırlanmasına geniş imkan yaratmışdır.

Keçidlər