Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN könüllüləri”nin növbəti 15-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başladı

14 noyabr 2018 | 11:00

“ASAN könüllüləri”nin növbəti 15-ci qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıb.  13 noyabr tarixində “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan 15-ci qrupun üzvləri ilə görüş keçirildi. Könüllü gənclər Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası ilə tanış oldular və onlara Rayon İcra Hakimiyyətinin, o cümlədən, şöbələrin və 1646 – Sakinlərin Müraciət Xidmətinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verildi. Daha sonra könüllülər öz istəklərinə əsasən peşə istiqamətlərinə uyğun olaraq müvafiq şöbələr üzrə bölüşdürülərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladılar.

 

Keçidlər