Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun bir qrup ziyalı və məktəbliləri yazıçı, ədəbiyyatşünas, Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin ev müzeyini ziyarət etdilər

13 noyabr 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayonunun bir qrup ziyalı və məktəbliləri yazıçı, ədəbiyyatşünas, Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin ev müzeyini - “Ədibin Evi”ni ziyarət etmişlər.
Tədbirdə iştirak edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və ziyarətçilər  yaradılan şəraitlə yaxından tanış olmuşlar.
Mir Calal Paşayevin elmi-ədəbi irsi ilə qonaqları tanış edən “Ədibin Evi”nin nümayəndəsi Elnur İmanbəyli bu mədəniyyət ocağının Milli Arxiv İdarəsi, Milli Kitabxana ilə sıx əlaqə yaradaraq Mir Calalın səs yazılarını, əlyazmalarını bir araya gətirərək ədibin yaradıcılığının araşdırılmasını oxucular və tədqiqatçılar üçün əlçatan etməyə çalışdığını xüsusilə vurğulamışdır. Mir Calal Paşayevin yaradıcılığına həsr edilmiş kinofilmin nümayişindən sonra, ədəbiyyatşünaslığın incisi hesab edilən bir çox əsərlərin qələmə alındığını bu məkanla tanış olan qonaqlar  yazıçının yaradıcılığı ilə bağlı onları maraqlandıran sulları səsləndirmişlər.

 

Keçidlər