Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon təsərrüfatının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın iclası keçirildi

13 noyabr 2018 | 11:00

15 noyabr 2018-ci il tarixdə Binəqədi rayon təsərrüfatının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın iclası keçirilmişdir. İclasda Rayon İcra Hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyev, şura üzvləri, Rayon ictimaiyyətinin nümayəndələri, Kommunal xidmət təşkilatlarının rəhbərləri, Rayon ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, təhsil, səhiyyə, həmçinin digər idarə və təşkilatların rəhbərləri iştirak etmişlər. Tədbirdə rayon təsərrüfatının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılmışdır. Şura iclasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayon təsərrüfatında görülən işlərin vəziyyəti haqqında məruzə ilə çıxış etmişdir. Məruzədə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar görülmüş işlər barədə, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat öz əksini tapmışdır. Məruzə ətrafında Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Binəqədi rayon Sukanal İdarəsinin, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin, Bakı Regional Qaz İstismar Departamentinin Binəqədi rayonu üzrə texniki istismarı xidmətinin, 3 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəhbərləri çıxış etmişlər. Kommunal xidməti təşkilatlarının rəhbərləri çıxışlarında 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barəsində məlumat vermişlər. Tədbirdə iştirak edən rayon sakinlərinin qaldırdığı məsələlər dinlənilmiş və həmin məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Tədbirin sonunda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı yanında Şura tərəfindən “2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayon təsərrüfatında görülən işlər barədə” Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun məruzəsini müzakirə edərək məruzənin alınması və Qərargahın yeni tərkibinin təsdiq edilməsi barədə Qərar qəbul edildi.

 

 

Keçidlər