Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Gəncə-Göygöl- Şəmkir istiqamətində yola salınmaları münasibətilə tədbir keçirildi

17 noyabr 2018 | 11:00

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Gəncə-Göygöl- Şəmkir istiqamətində yola salınmaları münasibətilə tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, başçının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, aparatın şöbə müdirləri, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, məktəb direktorları, İctimai birliklərin rəhbərləri, veteranlar, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül qoyuldu. Çıxış edən 299 nömrəli məktəb-liseyin şagirdi - Nuray Məmmədzadəyə və 313 nömrəli tam orta məktəbin şagirdi Tural Qasımov “Ölkəmizi tanıyaq” tur-aksiyasının onların həyatında çox böyük və yaddaqalan olacağı fikrini səsləndirdilər. Valideynlər adından çıxış edən  “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçısı Əli Dadaşzadənin atası Emin Dadaşzadə bu gün bura yığışmış tur-aksiya iştirakçılarının Azərbaycanın gələcək parlaq nəsilləri olduğunu qeyd etdi və təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına görə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz təşəkkürünü bildirdi. Natiq ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müqəddəs Azərbaycan Bayrağının Cocuq Mərcanlıda dalğalandığı kimi, Şuşada, Laçında və bütün işğaldan olan torpaqlarımızda dalğalanacağındanı əmin olduğunu qeyd etdi. Çıxış edən 284 nömrəli tam orta məktəbin direktoru Nizami Novruzov son zamanlar ölkədə gedən inkişafın ölkə başçısı İlham Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu bildirdi. Natiq Ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı dövlətimizin əmin əllərdə olduğunu qeyd etdi. O¸qeyd etdi ki, bugün inkişaf edən Azərbaycan dünyada insan kapitalının və kosmik sənayenin inkişafına görə, həyata keçirdiyi TAP, TANP, BTC enerji layihələrinə görə ön sıralarda gedən dövlətlərdən biridir.
Daha sonra çıxış üçün söz Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan  Allahverdiyevə verildi. Natiq son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının dövlət quruculuğunun bütün istiqamətlərində, o cümlədən xarici siyasət sahəsində ciddi uğurlara imza atıdığını,  Azərbaycan Respublikası, sözün əsl mənasında, müstəqil xarici siyasət yürüdən ölkə olduğunu bildirdi. Ölkəmizin prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb marşrutları üzrə dünya okeanlarını və qitələri birləşdirən nəqliyyat layihələrinin müəllifi olduğunu, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə, o cümlədən Avropanın enerji təchizatına töhfə verən dövlət kimi özünü təsdiqlədiyini bildirdi. Elxan Allahverdiyev son 5 il ərzində "Azerspace-1" telekommunikasiya peyki, "Azersky" müşahidə peykindən sonra sayca üçüncü peyk "Azərspace 2" orbitə çıxarılmasının olduqca böyük və əlamətdar hadisə olduğundan danışdı.  Natiq Azərbaycanda gedən sürətli inkişafın hər bir vətəndaşın gündəlik yaşamında özünü aydın şəkildə göstərdiyini bildirdi. Bir daha “Ölkəmizi tanıyaq” layihəsinin yüksək əhəmiyyətini vurğulayaraq, tur aksiya iştirakçılarına uğurlar arzuladı.
Daha sonra tədbir bədii hissə ilə davam etdirildi, vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi, mahnılar ifa olundu. İştirakçılar təntənəli musiqi sədaları altında rəqs etdilər. Tur-aksiyanın iştirakçıları üzərində “Ölkəmizi tanıyaq” sözləri yazılmış tortu kəsdilər. Layihə iştirakçıları maraqlı flaşmoblar vasitəsilə “Ölkəmizi tanıyaq” layihəsinin bu günə qədər həyata keçirilmiş 7 istiqamətinin hər bir bölgəsini nümayiş etdirməsi, eyni zamanda Azərbaycan Respublikasının Dövlət bayrağı və “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il yazısı dalğalandırıldı.
Məktəblilər milli musiqi sədaları altında avtobusla Gəncə istiqamətində yola düşdülər.

 

Keçidlər