Binəqədi Rayon İcra Hakimiyyətində Ədliyyə işçilərinin 100 illiyi və peşə bayramı qeyd edildi
Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli liderimiz Heydər Əliyevin 11 Noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 Noyabr – Ədliyyə İşçilərinin peşə bayramı günü artıq 18 ildir ki, ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.
20 noyabr 2018-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ədliyyə işçilərinin 100 illiyi və peşə bayramı qeyd edildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov, Binəqədi rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Polad Abdullayev, Binəqədi rayon Prokuroru Nazim İmanov, 11 saylı Dövlət Notariat Kontorunun Dövlət Notariusu İlqar Məmmədov, Binəqədi rayon İcra şöbəsinin rəis əvəzi İlham Həsənov, Sahə İnzibati Ərazi üzrə nümayəndələri, Bələdiyyə sədrləri iştirak etmişdirlər. Tədbirdən öncə Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü qarşısına gül qoyma mərasimi keçirildi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Ulu Öndər Heydər Əliyevin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün daha da müasirləşdiyini, yeni-yeni nailiyyətlərə imza atıldığını bildirdi. Natiq Ölkəmizin Avropa Şurası Nazirlər Komitəsində sədrliyini və keçirilən tədbirləri, bütövlükdə beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin və nüfuzunun daha da yüksəlməsini qeyd edib. Elxan Allahverdiyev Azərbaycan ədliyyəsinin dinamik inkişafından bəhs edərək, ədliyyə sisteminin cəmiyyətdə yüksək nüfuza malik olmasını qeyd edərək, məhkəmə-hüquq sahəsində aparılan islahatlar nəticəsində ədalət mühakiməsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğuladı, ədliyyə işçilərinə fəaliyyətlərində uğurlar arzuladı.
Daha sonra çıxış edən Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov tədbirin yüksək səviyyədə təşkil olunması ilə əlaqədar rayon rəhbərliyinə öz minnətdarlığını bildirmiş, əlamətdar gün ilə bağlı öz fikirlərini bölüşmüşdür.
Tədbirdə Binəqədi Rayon Prokuroru Nazim İmanov və 11 saylı Dövlət Notariat Kontorunun Dövlət Notariusu İlqar Məmmədov da çıxış etdilər. Sonda RİH başçısının sərəncamı ilə bir qrup ədliyyə əməkdaşlarına təşəkkür elan olunmuş, fəxri fərman və xatirə hədiyyələri təqdim edilmişdir.