Şriftin ölçüsü :

Saytın rəngi :

“Kitab həftəsi” çərçivəsində gənc yazarlarla görüş keçirildi

27 avqust 2013 | 10:00

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən “Kitab həftəsi” çərçivəsində 25 avqust 2013-cü il tarixdə Binəqədi rayonu Heydər Əliyev adına İstirahət parkında gənc yazarlarla görüş keçirildi.
Binəqədi sakinləri ilə görüşə filologiya elmləri namizədi, dosent Şəmil Sadiq, Mirmehdi Ağaoğlu, Kənan Hacı, Müşfiq Xan, Dilqəm Əhməd, Cəlil Cavanşir və Rüfət Əhmədzadə gəldilər.
Tədbirdə sakinlər endirimli qiymətlərlə kitablar əldə edərək, yerindəcə imza almaq imkanı qazandılar.
Yazarlar bir-birinin ardınca çıxış edərək, öz yeni kitabları haqqında danışdı, tamaşaçıların ruhunu oxşayan şeir parçaları səsləndirdilər.
Daha sonra “Hədəf” kurslarının məzunları olan bir qrup gənc gitaraçılar milli və yerli estrada mahnıları ifa etdilər.
Tədbirin gedişi zamanı uşaqlar da şeir deyərək bacarıqlarını göstərərək gənc yazarların imzaları ilə kitabları hədiyyə aldılar.
Binəqədi sakini, gənc müğənni Rəşad yeni mahnısını ilk dəfə sakinlərin qarşısında təqdim etdi.

Keçidlər