Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Gəncə-Göygöl-Şəmkir istiqamətinə baş tutan səfərləri başa çatdı

21 noyabr 2018 | 11:00

21 noyabr tarixində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Gəncə-Göygöl-Şəmkir istiqamətinə baş tutan səfərləri başa çatdı. Səfərdən qayıdan Binəqədi məktəbliləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibatı binasında qarşılandı. Tur-aksiya iştirakçıları YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayonunda fəaliyyət göstərən məktəblərin direktorları, tur-aksiya iştirakçıları və onların valideyinlərinin iştirakı ilə məktəblilər partiyanın inzibati binası ilə tanış oldular. İnzibati bina ilə tanışlıq zamanı Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının gənclərə dövlət qayğısının təzahürü olduğunu bildirdi. Natiq bu imkanı yaratdığına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Daha sonra səfərdən geri dönmüş məktəblilərlə görüş keçirildi. Görüş zamanı “Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçıları öz çıxışlarında yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini bildirdilər. Onlar əvvəllər yalnız kitablardan oxuduqları Cavad xan Məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Alman kilsəsi, sonuncu Alman Viktor Klaynın ev muzeyi və s kimi tarixi abidələri öz gözləri ilə görmələrinin onlar üçün unudulmaz bir xatirə olacağını bildirdilər. Söz alan 276 nömrəli məktəb-liseyin direktoru Bəhram Şiriyev  təşkil edilən bu aksiyanın məktəblilərin tariximizi, mədəniyyətimizi öyrənmək üçün gözəl bir fürsət olduğunu və ölkəmizdə dövlətinə, xalqına, milli-mənəvi dəyərlərinə bağlı savadlı, vətənpərvər bir nəslin yetişdiyini qeyd etdi.
Yekun nitqlə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyyəti başçısının müavini Aygün Əliyeva tur-aksiyanın əhəmiyyətindən danışaraq, bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və Azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət olunmasına böyük töhfə verdiyini söylədi.
Çıxışlar bitdikdən sonra tədbir bədii hissə ilə davam etdi. Görüş iştirakçılarının zövqünü oxşayan milli ruhda musiqilər səsləndirildi, rəqs nümunələri nümayiş etdirildi.
Sonda xatirə şəkli çəkildi.

 

 

Keçidlər