Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu ərazisində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları üçün “TGT işi” mövzusunda təlim təşkil edilmişdir

19 noyabr 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatları üçün “TGT işi” mövzusunda təlim təşkil edilmişdir. Təlimdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, ATGTİ-nin TGT-lərlə iş və İnsan Resusrları departamentinin direktoru Ləman Cavadova, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasıının və Bakı Humanitar Kollecinin TGT sədrləri və İdarə heyətləri iştirak etmişdir.
Açılış nitqi ilə çıxış edən müdir müavini Ş.Gülverdiyev ölkədə aparılan uğurlu gənclər siyasəti və bu siyasətdə tələbə-gənclərin rolundan bəhs etdi. Daha sonra çıxış edən departament direktoru L.Cavadova ATGTİ-nin fəaliyyəti barədə danışdı.
Rəsmi hissə bitdikdən sonra “TGT işi” təlimi başladı. Gənc rəhbərlərə təlim keçən Ş.Gülverdiyev Tələbə Gənclər Təşkilatlarının Əsasnaməsi, strukturu və idarə edilməsi haqqında geniş məlumat verdi.
Təlimin sonunda iştirakçıların sualları cavablandırıldı.

 

Keçidlər