Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinin qeyd edilməsi məqsədilə orta ümumtəhsil məktəbləri arasında “Bir gəncin manifesti” əsəri əsasında hazırlanmış tamaşalara baxış keçirildi
22 noyabrda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinin qeyd edilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 29 oktyabr 2018-ci il 284 nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq orta ümumtəhsil məktəbləri arasında “Bir gəncin manifesti” əsəri əsasında hazırlanmış tamaşalara baxış keçirilib.
Təsdiq edilmiş qrafikə uyğun olaraq 276, 283, 313 və 314 nömrəli tam orta məktəblərin birgə hazırladıqları tamaşa 283 nömrəli tam orta məktəbdə baş tutub.Daha sonra təsdiq edilmiş qrafikə uyğun olaraq 144, 157 və 267 nömrəli tam orta məktəblərin birgə hazırladıqları tamaşaya baxış 157 nömrəli tam orta məktəbdə baş tutub.
Təşkil olunan tədbirlərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi R-nın baş təlimatçısı Rahil Şükürov, Komisiyanın üzvləri, məktəb direktorları, valideynlər, şagird və müəllim heyəti iştirak etmişlər.
İlk olaraq görkəmli yazıçının həyat və yaradıcılığına aid sərgi təşkil edilib. Sərgi ilə tanış olduqdan sonra iştirakçılar tərəfindən Mir Cəlalın ömür yolundan və zəngin yaradıcılığından bəhs edən slaydlar izlənilib.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək, XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutduğunu qeyd edib, tamaşanın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Məlumat üçün bildirik ki, təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti tamaşalara baxış silsiləli olaraq həyata keçiriləcək. Bütün tamaşalar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin keçirilməsi palanlaşdırılır.