Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən Matadrom yaşayış massivində növbəti ağacəkmə aksiyası keçirildi

24 noyabr 2018 | 11:00

Dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq zolaqlarının  genişləndirilməsi işi paytaxtın bütün rayonlarında olduğu kimi Binəqədi rayonunda da əsas  proritet  istiqamətini təşkil edir.Sağlam və təmiz ətraf mühitin yaradılması məqsədi ilə Bakı şəhərində mütəmadi olaraq rayon iməcliklər keçirilməkdədir.
24 noyabr  2018- ci il  tarixdə Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən Matadrom yaşayış massivində Bakı Şəhəri İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı  və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir.Tədbirdə RİH başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Aparatın məsul şəxsləri, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Bariatrik və Metobolik Cərrahlar Assosasiyasının üzvləri,Binəqədi rayon bələdiyyələrinin, MKTB-nin , Rayon Yaşıllaşdırma idarəsinin əməkdaşları, iştirak etmişdilər. 350-dən insanın iştirak etdiyi aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyəsinə əsasən  Abşeron yarımadasının  iqlim şəraitinə uyğun olaraq 650-dən çox Şam,Küknar,Badam, Zeytun, tut ağacı əkilmişdir.
Aksiya zamanı milli ruhda musiqi nümunələri səsləndirilmiş, çay süfrəsi təşkil edilmişdir.
Qeyd edək ki, ümumrayon iməcliyi çərçivəsində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların ərazilərində, o cümlədən, təhsil və səhiyyə müəssisələrində iməcliklər keçirilmiş və yaşıllıq zolaqları salınmışdır.

Keçidlər