Şriftin ölçüsü :

Saytın rəngi :

Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinin qeyd edilməsi məqsədilə orta ümumtəhsil məktəbləri arasında “Bir gəncin manifesti” əsəri əsasında hazırlanmış tamaşaya növbəti baxış 100 saylı tam orta məktəbdə keçirildi

27 noyabr 2018 | 11:00

Təsdiq edilmiş qrafikə uyğun olaraq 99, 100 və 143 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə 100 nömrəli tam orta məktəbin akt zalında Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr edilmiş ümumtəhsil məktəbləri arasında “Bir gəncin manifesti” əsəri əsasında hazırlanmış tamaşaya növbəti baxış keçirilmişdir.
Məlumat üçün bildirik ki, növbəti tamaşalara baxış silsiləli olaraq həyata keçiriləcək. Bütün tamaşalar nümayiş olunduqdan sonra hazırlanmış tamaşaların əsasında final tədbirinin keçirilməsi planlaşdırılır.

 

Keçidlər