Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində “Dövlət qulluğu nədir ?” adlı təlim keçirildi

01 dekabr 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə icra hakimiyyətində təcrübə keçən 15-ci qrup ASAN könüllüləri üçün “Dövlət qulluğu nədir ?” adlı təlim keçirilmişdir. Təlimdə  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Samir Yoldaşov, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Gənclər Birliyinin fəal gəncləri və İcra Hakimiyyətində təcrübə küçən 15-cü qrup ASAN könüllüləri iştirak ediblər. Təlimi açıq elan edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir-müavini Şəmsi Gülverdiyev gəncləri salamlayıb və təlimin əhəmiyyəti haqqında məlumat verib. Daha sonra söz təlimçi Samir Yoldaşova verilib. Təlimdə Dövlət Qulluğu, Dövlət Qulluğu İmtahanının mərhələləri haqqında geniş məlumat verilib. Sonra təlim sual-cavab şəklində davam etmişdir.

Keçidlər