Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayonunda Beynəlxalq Əlillər Günü münasibətilə yardım aksiyası keçirildi

03 dekabr 2018 | 11:00

3 dekabr 2018-ci il tarixində Beynəlxalq "Əlillər Günü" münasibətilə  Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi   üzrə nümayəndəliyinin inzibati binasında yardım aksiyası keçirildi.
Aksiyada Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, baş məsləhətçi Seymur Hacıyev, müvafiq ərazi üzrə İcra və bələdiyyələrin nümayəndələri iştirak etmişdilər.
Aksiya  çərçivəsində Binəqədi rayonunda fəaliyyət göstərən İctimai Birliklərin üzvü olan 100-ə yaxın əlil vətəndaşa rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verilib. İctimai Birlik üzvləri əlillərə göstərilən diqqətə və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər