"Beynəlxalq Könüllülər günü" münasibətilə 05 dekabr 2018-ci il tarixində "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində əyləncəli tədbir keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 05 dekabr 2018-ci il tarixində "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində "Beynəlxalq Könüllülər günü" münasibətilə əyləncəli tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN Könüllüləri”, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin və rayonun fəal gəncləri iştirak etmişlər.
Əvvəlcə Elvin Aslanov, Şəmsi Gülverdiyev və Fəsli Nəbiyev gəncləri salamlayaraq "Beynəlxalq Könüllülər günü" münasibətilə onları təbrik etdilər. Könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirən natiqlər, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olunduğunu nəzərə çatdırdılar. Qeyd olundu ki, bu gün ölkəmizdə, eləcə də Binəqədi rayonunda keçirilən tədbirləri könüllülərsiz təsəvvür etmək mümkün deyil. Çıxışlardan sonra tədbir çay süfrəsi ətrafında və əyləncəli proqramla davam etdirildi.