Binəqədi rayonunda gözdən əlillər və görmə qabiliyyəti zəif olan uşaqlar üçün “Gözüm ol mənim” proqramı çərçivəsində oxu saatı təşkil edildi
Binəqədi Rayon İcra Hakimiyyətinin, Xəzər Universitetinin Dünya Məktəbi və Azərbaycan Uşaq Fondu Binəqədi rayon şöbəsinin birgə təşkilatçılığı və “Hyatt Regency Baku” otellər şəbəkəsinin dəstəyi ilə otelin “Naxçivan Room” konfras zalında gözdən əlillər və görmə qabiliyyəti zəif olan uşaqlar üçün “Gözüm ol mənim” proqramı çərçivəsində oxu saatı təşkil edilmişdir.
Tədbirdə Dünya məktəbinin müəllimi Karahanova Mədinə “Dünya sərkərləri” adlı kitabı uşaqlar üçün ucadan oxudu.
Tədbirdə çıxış edənlər sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasında, onların istedadının və yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılmasında belə tədbirlərin əhəmiyyətini vurğulamışlar.
Tədbir valideynlərin də iştirakı ilə şirniyyatlarla bəzədilmiş çay süfrəsi ətrafında davam etmişdir.