Şriftin ölçüsü :

Saytın rəngi :

“Birlikdə daha yaxşı yaşayış üçün” adlı beynəlxalq təlim iştirakçıları Binəqədi rayonunda oldular

30 avqust 2013 | 10:00

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının avqustun 28-dən sentyabrın 4-nə qədər təşkil etdiyi “Birlikdə daha yaxşı yaşayış üçün” adlı beynəlxalq təlimin iştirakçıları Bakının Binəqədi rayonunda olublar.
Layihə Avropa Komissiyasının “Gənclər Fəaliyyətdə” Proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.
Gürcüstan, Ukrayna, Moldova, Belarus, İtaliya, Yunanıstan, Polşa, Estoniya, Rumıniya, Bolqarıstan və Türkiyədən olan 28 gənc ilk öncə Binəqədi kəndində yerləşən qədim flora və fauna arxeoloji muzeyində olublar. Burada qədim dövrə aid heyvan və bitki mənşələri ilə tanış olan əcnəbi gənclərdə bu açıq muzey böyük maraq doğurub.
Sonra qonaqlar yeni istifadəyə verilmiş Heydər Əliyev adına istirahət parkında olublar və burada Ulu Öndərin abidəsini ziyarət ediblər. Parkda aparılmış müasir, zövqlü abadlıq və yaşıllaşdırma işləri ilə bağlı öz müsbət təəssüratlarını bölüşən əcnəbi gənclər burada Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binaları ilə də tanış olublar.
Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Aqil Eyvazov və Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov rayon, onun sosial-iqtisadi inkişafı, Binəqədidə aparılan gənclər işi haqqında əcnəbilərə ətraflı məlumatlar verərək onların suallarını cavablandırıblar.

Keçidlər